Sabah dünya çempionatının seçmə mərhələsi çərçivəsində Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək Azərbaycan - Uels matçına hələ ki, cəmi 7500 bilet satılıb. Bu haqda Qol.Az-ın əməkdaşı ilə söhbətində AFFA-nın baş katibi Elxan Məmmədov məlumat verib. Lakin AFFA rəsmisi millimizin oyununa daha çox azarkeşin gələcəyinə əmin olduğunu deyib: "Uels, eləcə də İspaniya ilə oyunlara bileləri təkcə stadionun kassalarında deyil, həm də şəhərimizin müxtəlif yerlərində yaradılmış satış mərkəzlərindən əldə etmək olar. Biz bununla azarkeşlərin rahatlığını təmin etməyə çalışırıq. Bu günə olan rəsmi məlumata görə, Uelslə matça təxminən 7500 bilet satılıb. Amma mən əminəm ki, sabahkı oyunda millimizi daha çox azarkeş dəstəkləyəcək. Çünki əvvəlki oyunların təcrübəsi göstərir ki, bizim azarkeşlər əsasən oyun günü bilet almağa üstünlük verirlər".
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi