Maksim Medvedyev Özbəkistanla oyundan danışdı

Maksim Medvedyev Özbəkistanla oyundan danışdı
XƏBƏR 1 Fevral 2013 / 22:18 2336
-  A +

"Maraqlı oyun alındı. Doxsan dəqiqə gərgin mübarizə apardıq. Bir neçə dəfə qol imkanımız oldu. Təəssüf ki, bu imkanlardan yararlana bilmədik. Oyun bərabər şəraitdə keçdi".

Bu sözləri Qol.Az-a açıqlamasında milli komandamızın müdafiəçisi Maksim Medvedyev bu gün keçirilən Azərbaycan - Özbəkistan (0:0) yoldaşlıq oyunu haqqında danışarkən deyib.

M.Medvedyev  millimizin növbəti  oyunundan da danışıb: "Növbəti oyunumuz Lixtenşteynlədir. Bu görüşə da ciddi hazırlaşırıq. Qələbə qazanmaq əzmindəyik".

Son xəbərlər