Madriddə keçirilən “Fitur” sərgisində bu gün “Atletiko” klubunun əsas komandasının geyindiyi, üzərində “Land of fire Azerbaijan” (Odlar yurdu Azərbaycan) sözləri yazılan formanın təqdimatı keçirilib.
Qol.Az-ın məlumatına görə, tədbirdə çıxış edən “Atletiko”nun prezidenti “Bakı” klubu ilə əməkdaşlıqlarından danışıb, Azərbaycan haqda müsbət fikirlər söyləyib.
Mərasimdə "Bakı"nın icraçı direktoru Yaşar Seyidov çıxış edib. Bundan sonra Azərbaycan haqda tanıtım çarxı nümayiş etdirilib.
Daha sonra "Atletiko"nun futbolçuları “Land of fire Azerbaijan” yazılan formanı imzalayıblar.
Tədbirdə Azərbaycan nümayəndə heyəti ilə yanaşı İspaniyanın aparıcı mətbuat orqanlarının əməkdaşları da iştirak edib.
Mbappe zədəsini sağaltdı
Belhanda klubunu dəyişdi
"Bavariya"da ciddi itki
Tunis millisi yeni baş məşqçisini açıqladı
“Mançester Yunayted” qışı transfersiz başa vuracaq?
Afrika Kubokunda gərgin anlar: Salah hər kəsi qəzəbləndirdi
"Liverpul" onun üçün sərvət ödəməyə hazırdır
Superliqa klubu 2 futbolçusunu göndərdi
FİFA Azərbaycan futbolunu bütün dünyaya yayımlayacaq