Millimizin üçüncü heç-heçəsi

Millimizin üçüncü heç-heçəsi
XƏBƏR 31 Yanvar 2013 / 15:22 1336
-  A +

Moskva şəhərində təlim-məşq toplanışında olan futzal üzrə Azərbaycan milli komandası hazırlıq prosesi çərçivəsində sonuncu yoldaşlıq oyununu keçirib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimiz Rusiyanın "Norilski Nikel" klubu ilə qarşılaşıb. Oyun 4:4 hesabı ilə başa çatıb. Rusiya təmsilçisinin qapısından 2 topu Amadeu keçirib. Hərəyə 1 dəfə isə Vitali Borisov və Namiq Məmmədkərimov fərqlənib.

Xatırladaq ki, millimiz bu toplanış ərzində yanvarın 28-də və 29-da Rusiyanın U-21 yığma komandası ilə qarşılaşmış və hər iki oyun heç-heçə yekunlaşmışdı - müvafiq olaraq 4:4 və 2:2.


Son xəbərlər