“Simurq” Rumıniya klubuna uduzdu (YENİLƏNİB)

XƏBƏR 1 Fevral 2013 / 00:13 1856
-  A +

Antalyada hazırlıq prosesində olan “Simurq” ötən gün beşinci yoxlama oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, Zaqatala təmsilçisinin rəqibi Rumıniyanın “Petrolul” klubu olub.

Matç "Simurq"un rəqibinə 1:2 hesablı məğlubiyyəti ilə nəticələnib.

Xatırladaq ki, bundan öncə “Simurq” Qazaxıstanın “Akjaik”inə (0:1) və Xorvatiya “Slavenu”suna (0:3) uduzub, Bolqarıstanın ÇSKA (3:3) və Rusiyanın “Tom” (1:1) komandaları ilə heç-heçə oynayıb.

31 Yanvar

Yoxlama oyunu

"Simurq"-"Petrolul"-1:2

Qol: Bojiç, 38 (1:1)


Son xəbərlər