“Karyeram boyunca elə qapıçı olmayıb ki, onu məyus edə bilməyim. Ümumiyyətlə, futbolçu karyeram dövründə mənim üçün keçilməz qapıçı olmayıb. Yalnız bir dəfə Nadir Şükürov penalti zərbəmi dəf edib”. Bu sözləri Qol.Az-ın əməkdaşı ilə söhbətində “Karvan”ın baş məşqçisi Yunis Hüseynov deyib. Azərbaycan millisinin və “Neftçi”nin sabiq yarımmüdafiəçisi karyerası ərzində bilərəkdən hansısa qol epizodunu boşa verməsi faktının olmadığını da deyib: “Xeyr, heç vaxt belə bir şey olmayıb. Nə vaxt əlimə imkan düşüb istifadə eləmişəm. Mənim üçün fərqi olmayıb, həmin anda oyunda hesab neçə olub”. Gənc mütəxəssis 15 il bundan öncə Sumqayıtın Mehdi Hüseynzadə adına stadionunda “Neftçi” ilə “Turan” arasında keçirilən Superkubok matçında yaşanmış bir epizoda da aydınlıq gətirib. Söhbət hesab 1:1 olarkən Hüseynovun hazırda “Qarabağ”da qapıçılarla işləyən məşqçisi Nizami Sadıqovun qoruduğu qapıya təyin olunan onbirmetrlik cərimə zərbəsini dəqiq yerinə yetirə bilməməsindən və matçdan sonra AZTV-yə açıqlamasında “özüm qol vurmadım ki, oyun maraqlı getsin” açıqlamasından gedir: “Mən demişəm? Doğurdan? Ola bilər. Yəqin zarafatla demişəm də (gülür). Heç elə şey eliyərəm?”.
Qeyd edək ki, əsas vaxtı 1:1 başa çatan həmin qarşılaşmadan sonra təyin olunan onbirmetrlik cərimə zərbələrini dəqiq yerinə yetirən “Neftçi” Superkuboka sahib çıxmışdı.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu
Haaland azarkeşlərə müraciət etdi