Yanvarın 2-dən Antalyada toplanışda olan "Qəbələ"nin əvəzedici komandası hazırlıq çərçivəsində 3-cü yoxlama oyununu keçirib.
Qol.Az-ın məlumatına görə, Rusiyanın "Zenit" (0:3) və "Dinamo" (0:0) kollektivlərinin ardından "qırmızı-qaralar" İsveçrənin "Sent-Qallen" klubu ilə üz-üzə gəlib.
Matçın ilk yarısında topa nəzarət edən tərəf "Qəbələ" olsa da, rəqibini əks-hücumlarda yaxalayan isveçrəlilər iki dəfə fərqlənməyə imkan tapıblar və birinci hissə "Sent-Qallen"in 2:0-lıq üstünlüyü ilə tamamlanıb.
İkinci yarıya oyunçu dəyişiklikləri ilə çıxan "Qəbələ" hissə boyunca diktə edən tərəf olub. Lakin "qırmızı-qaralar"ın hücumları yalnız bir dəfə qolla nəticələnib. Rey Məmmədbəyli 70-ci dəqiqədə hesab arasındakı fərqi minimuma endirib.
"Qırmızı-qaralar" final fitinə qədər təzyiqi davam etdirsələr də, matçda başqa qol olmayıb və "Qəbələ" Antalyada keçirdiyi 3-cü oyundan məğlubiyyətlə ayrılıb.
Xatırladaq ki, Luis Araqonun yetirmələri qardaş ölkədə son yoxlama oyununu fevralın 1-i keçirəcək. Sözügedən görüşdə "Qəbələ" Ukraynanın "Karpatı" klubu ilə münasibətlərinə aydınlıq gətirəcək.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu
“Şalke” mövsümdə ilk qələbəsini qazandı
MOİK - “Şimal” matçında heç-heçə - Video
Nəriman ehtiyatda qaldı, komandası “Beşiktaş”a uduzdu
Azərbaycan klublarının yay transferləri - Yenilənir
La Liqada ayın futbolçusu kim oldu?
Burkina-Faso millisinin futbolçusu Azərbaycan klubuna keçdi