Messidən daha bir rekord

Messidən daha bir rekord
XƏBƏR 28 Yanvar 2013 / 18:19 3099
-  A +

İspaniya La Liqasıda dünən “Osasuna” ilə oyunda 4 qola imza atan “Barselona”nın 25 hücumçusu Lionel Messi yeni rekord müəyyənləşdirib.

Qol.Az-ın məlumatına görə, o, İspaniya çempionatları tarixidində bir klubda 200 qol həddini aşan ən gənc oyunçu kimi tarixə düşüb. Ümumilikdə, hazırda Messinin hesabında 202 qol var.

Ötən mövsüm La Liqada 50 qol vuran argentinalı bu rekordu da yeniləmək üçün inamla addımlayır. Hazırda 21 oyundan sonar ehtiyatında 33 qol olan ulduz futbolçunun bu mövsüm 50 dəfədən çox fərqlənəcəyi real görünür.


Son xəbərlər