Futzal millimizin ücüncü rəqibi də müəyyənləşdi

XƏBƏR 28 Yanvar 2013 / 12:49 1377
-  A +

Futzal üzrə Avropa çempionatının əsas seçmə mərhələsində Azərbaycan milli komandası ilə eyni qrupda mübarizə aparacaq sonuncu komanda müəyyənləşib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, millimizin üçüncü rəqibi ilkin seçmə mərhələnin F qrupunda 1-ci yeri tutmuş Norveç yığmasıdır.

Beləliklə, mübarizəyə əsas seçmə mərhələdə başlayacaq millimiz 2-ci qrupda Slovakiya, Bosniya və Herseqovina və Norveç yığmaları ilə qarşılaşacaq.
Bu qrupun oyunları martın 27-dən 30-dək Slovakiyada keçiriləcək.

Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner