“Türkiyəyə qarşı pis oynamadıq. Sadəcə olaraq, Rəşad Sadıqovun qırmızı vərəqə alaraq meydandanı tərk etməsi bütün planlarımızı pozdu. Amma unutmayaq ki, bu bir yoldaşlıq görüşü idi”. Qol.Az-ın məlumatına görə, bu sözləri jurnalistlərlə görüşündə Azərbaycan milli komandasının baş məşqçisi Berti Foqts deyib.
Almaniyalı mütəxəssis bildirib ki, hazırda komandanın düşərgəsində vəziyyət əladır: “Hazırda hər şey qaydasındadır. Futbolçularımın hazırlığı, fiziki və psixoloj durumu, nizam-intizamı öz yerindədir. Sabahkı qarşılaşmada əsas məqsəd gözəl futbol oynamaq və azarkeşlərimizi sevindirməkdir. O ki qaldı rəqibə, Uels çox narahat komandadır. Onların Almaniyaya qarşı keçirdikləri oyunun kasetinə baxdıq. Çox yaxşı futbolçuları var. Əksəriyyəti İngiltərədə və Şotlandiyada oynayırlar”.
Millimizin baş məşqçisi onu müdafiə futbolu oynatmaqda ittiham edənlərin də cavabını verdi: “Mən o fikirlə razı deyiləm ki, biz bütünlüklə müdafiə futbolu oynayirıq. Bakıda Lixtenşteynə qarşı komandamız hücum futbolu oynadı, nə qədər qol imkanları əldə etdi. Amma Rusiya, Türkiyə kimi komandalara qarşı səfərdə əlbəttə ki, müdafiədən oynamalıyıq”. Foqts sabahkı oyun üçün start heyətini artıq müəyyənləşdirdiyini, lakin bunu açıqlamaq istəmədiyini dedi: “Hazırda bəzi futbolçulardan narazıyam. Konkret olaraq Branimir Subaşiçlə Vaqif Cavadovu nəzərdə tuturam. Onlar hazırda yaxşı formada deyillər”.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu