“Trabzonspor”a yeni baş məşqçi təyin edildi

“Trabzonspor”a yeni baş məşqçi təyin edildi
XƏBƏR 28 Yanvar 2013 / 02:46 2799
-  A +

“Trabzonspor” klubunda baş məşqçi Şenol Günəşi əvəz edəcək mütəxəssisin adı bəlli olub.

Qol.Az-ın məlumatına görə, Qaradəniz təmsilçisinin yeni çalışdırıcısı Tolunay Kafkas təyin edilib.

Bu barədə klubun prezidenti Sadri Şener bildirib.

Xatırladaq ki, dünən Türkiyə superliqasında “Elazığspor”a 1:3 hesabı ilə uduzduqları oyundan sonra Şenol Günəş komandadan istefa verdiyini açıqlayıb.


Son xəbərlər
topaz banner