Emin Mahmudov finalda Ukraynaya qol vurdu

Emin Mahmudov finalda Ukraynaya qol vurdu
XƏBƏR 27 Yanvar 2013 / 21:11 2478
-  A +

Rusiyanın gənclərdən ibarət millisinin azərbaycanlı futbolçusu Emin Mahmudov komandasıyla birgə Sankt-Peterburq şəhərində keçirilən “Birlik kuboku” turnirinin qalibi olub.

Qol.Az-ın məlumatına görə, finalda ruslar Ukrayna yığmasına 4:2 hesabı ilə qalib gəliblər. Rusiya millisinin sonuncu qoluna 90+5-ci dəqiqədə penalti zərbəsi ilə Emin Mahmudov imza atıb.

Qeyd edək ki, Mahmudov oyuna 65-ci dəqiqədə daxil olub.

Yarışda üçüncü yeri isə Litvaya 2:0 hesabı ilə qalib gələn Belorusiya U-21 millisi tutub.


Son xəbərlər