"Qəbələ" Ukrayna klubu ilə qarşılaşacaq

XƏBƏR 26 Yanvar 2013 / 21:43 1313
-  A +

Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ" sabah qardaş ölkədə 3-cü yoxlama oyununu keçirəcək.

Qol.Az-ın məlumatına görə, Almaniyanın "İnqolşdadt" (3:4) və Ukraynanın "Volın" (2:1) klublarının ardından "qırmızı-qaralar" sonuncu ölkəni təmsil edən "Metallurq"la  (Zaparojye) qarşılaşacaq.

Əsası 1935-ci ildə qoyulan "Metalluq" Ukraynanın köklü klublarından hesab edilir. Komanda hazırda Ukrayna Premyer Liqasında mübarizə aparır.

Qeyd edək ki, matç Bakı vaxtı ilə 16:00-da start götürəcək.

Son xəbərlər