"Qəbələ" "Dinamo" ilə bərabərə qaldı

"Qəbələ" "Dinamo" ilə bərabərə qaldı
XƏBƏR 26 Yanvar 2013 / 17:41 1770
-  A +

Antalyada hazırlıqlarını davam etdirən "Qəbələ"nin əvəzedicilərdən ibarət komandası bu gün növbəti yoxlama oyunu keçirib.

Qol.Az-ın Antalyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, Qəbələ təmsilçisi bu dəfə Rusiyanın "Dinamo" (Moskva) klubunun əvəzedici komandası ilə qarşılaşıb.

Lakin oyunda qalib müəyyənləşməyib. Tərəflərin ciddi cəhdlərinə baxmayaraq, oyunda hesab açılmayıb - 0:0. 

Qeyd edək ki, "Qəbələ" ilk oyununda "Zenit"ə 0:3 hesabı ilə məğlub olmuşdu.


Son xəbərlər