"Xəzər Lənkəran"dan növbəti məğlubiyyət (YENİLƏNİB)

"Xəzər Lənkəran"dan növbəti məğlubiyyət (YENİLƏNİB)
XƏBƏR 26 Yanvar 2013 / 20:55 7833
-  A +

Antaliyada təlim-məşq toplanışında olan “Xəzər Lənkəran” bu gün üçüncü yoxlama oyununu keçirib.

Qol.Az-ın məlumatına görə, təmsilçimizin rəqibi Rumıniyanın “Timişoara” klubu olub. Bakı vaxtı ilə saat 19:00-da başlayan oyunda "Xəzər Lənkəran" 0:2 hesabı ilə məğlub olub.
 
Hazırda “Timişoara” Rumıniya çempionatının II liqasında mübarizə aparır. Komanda 12 oyundan 26 xal toplayıb və turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb.

 Qeyd edək ki, “Xəzər Lənkəran” ilk görüşündə Qazaxıstan “Jetusu”su ilə heç-heçə oynayıb (1:1), ikinci oyunda isə Ukrayna “Krivbass”ına uduzub (0:6).

26 yanvar

Yoxlama oyunu
 
19:00. “Xəzər Lənkəran" - "Timişoara" 0:2

"Xəzər Lənkəran":
Sadıqlı, Allahverdiyev,Vanderson, Skarlatake, Əmirquliyev, Alviz, Abdullazadə, Abdullayev, Pit, Pamuk, Guleç.
 

Son xəbərlər