Daha bir futbolçu "Qəbələ"nin düşərgəsində

Daha bir futbolçu "Qəbələ"nin düşərgəsində
XƏBƏR 25 Yanvar 2013 / 22:13 2833
-  A +

Antalyada təlim-məşq toplanışını davam etdirən "Qəbələ" klubunun düşərgəsinə baxışa daha bir futbolçu gəlib.

Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinin verdiyi məlumata görə, Qəbələ təmsilçisi rumıniyalı Vasili Georgeni baxışa dəvət edib.

Rumıniyanın "Kluj Universitat" klubundan gələn 27 yaşlı futbolçu artıq bu gün "Qəbələ"nin heyətində ilk matçına çıxıb. "Volın"la görüşün (2:1) start heyətində meydana çıxan dayaq yarımmüdafiəçisi oyunun ikinci hissəsinin əvvəlində əvəzlənib.

Qeyd edək ki, dünən daha iki futbolçu - Fərhad Qıstarov və Fuad Heydərov "Qəbələ"nin düşərgəsinə gəliblər.


Son xəbərlər