Mahmud Qurbanov: “Baxışda olanlarda özünü yaxşı tərəfdən göstərənlər var”

Mahmud Qurbanov: “Baxışda olanlarda özünü yaxşı tərəfdən göstərənlər var”
XƏBƏR 25 Yanvar 2013 / 17:45 1712
-  A +

"Hazırda fiziki hazırlıq üzərində çalışırıq. Demək olar ki, topla az məşq edirik. Bu mərhələdə yoxlama oyunları keçirməklə, məqsəd baxışda olan futbolçuların vəziyyətini yoxlamaqdır. Düzdü, oyunçular hələ ki, ağırdılar. Bu da məşqlərin ağırlığından, yükləmələrdən irəli gəlir”.

Qol.Az-ın məlumatına görə, bu sözləri “Kəpəz”in baş məşqçisi Mahmud Qurbanov "İnter"in əvəzedici heyəti ilə keçirilən görüşdən sonra klubun saytına bildirib.

O qeyd edib ki, ötən oyunla müqayisədə komandada irəliləyiş var: “Həm də bu gün yoxlama oyunlarının nəticəsi bizim üçün önəmli deyil. Əsas baxışda olanları nəzərdən keçirməkdir. Onlar haqda hələlik qəti bir söz demək olmaz. Bununla belə deyim ki, özünü yaxşı tərəfdən göstərənlər var".


Son xəbərlər