Cihan Özkara yenidən milliyə çağırıldı

Cihan Özkara yenidən milliyə çağırıldı
XƏBƏR 25 Yanvar 2013 / 13:22 1848
-  A +

Azərbaycan milli komandasının yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışı üçün adı ehtiyat heyətə daxil edilmiş Cihan Özkara (“Sivasspor”, Türkiyə) fevralın 1-dən etibarən hazırlıq prosesində iştirak edəcək.

Qol.Az-ın xəbərinə görə, bu haqda AFFA-nın saytı məlumat yayıb.

Xatırladaq ki, hazırlıq prosesi çərçivəsində millimiz fevralın 1-də Özbəkistan yığması ilə yoxlama oyunu, fevralın 6-da isə Lixtenşteyn millisi ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.

 


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner