“Simurq” dan növbəti heç-heçə (YENİLƏNİB)

XƏBƏR 25 Yanvar 2013 / 21:12 2336
-  A +

Antalyada təlim-məşq toplanışı çərçivəsində “Simurq”  bu gün növbəti yoxlama oyunu keçirib.

Qol.Az-ın məlumatına görə, Zaqatala təmsilçisinin rəqibi Rusiya birinci liqasında yarışan “Tom” komandası olub. Ramil Diniyevin idarə etdiyi oyunda tərəflər hərəsi bir dəfə fərqlənib.

Xatırladaq ki, “Simurq” bundan əvvəl Türkiyədə keçirdiyi iki yoxlama oyununda Qazaxıstan “Akjaik”inə 0:1 hesabı ilə uduzub, Bolqarıstan ÇSKA-sı ilə bərabərə qalıb – 3:3.

19:15 "Simurq"-Tom" 1:1

Qol Buşiç, 54 (1:1)

Hakim Ramil Diniyev

"Simurq": Petrkeviç, Qırtımov, Zrnanoviç, Anderson, Şemonayev, Bojiç, Polyak, Poladov, Burhard, Popoviç, Omari.


Son xəbərlər