İmamverdiyev “Dinamo”da növbəti oyuna çıxdı (YENİLƏNİB)

İmamverdiyev “Dinamo”da növbəti oyuna çıxdı (YENİLƏNİB)
XƏBƏR 25 Yanvar 2013 / 18:33 4284
-  A +

Hazırda Kiyevin “Dinamo-2” komandasının düşərgəsində olan “Neftçi”nin futbolçusu Cavid İmamverdiyev bu gün növbəti oyuna çıxıb.

Qol.Az-ın məlumatına görə, Oleq Makarovun xatirəsinə həsr olunan turnirin qrupundakı son oyunda meydana çıxan İmamverdiyevin bu gün “Dinamo”nun gənclərdən ibarət komandasına qarşı keçiriləcək 1/4 final qarşılaşmasında da komandasına kömək edibr.

Əsas heyətdə meydana çıxan Cavid 90 dəqiqə meydanda olub. Onun komandası isə Korkişkonun qolu sayəsində 1:0 hesabı ilə qalib gələrək yarımfinala vəsiqə qazanıb. Yarımfinalda "Dinamo-2"nin rəqibi "Dinaz" olacaq.


Son xəbərlər