UEFA "Fənərbaxça"nı cəzalandırdı

XƏBƏR 24 Yanvar 2013 / 22:35 2840
-  A +

UEFA "Fənərbaxça" klubunu cəzalandırıb. Qol.Az-ın Türkiyə mətbuatına istinadən yaydığı xəbərə görə, qitənin ali futbol qurumunun qərarına əsasən, İstanbul təmsilçisi Avropa Liqasındakı qarşıdakı bir ev oyununu, 1/16 final mərhələsinin Belarus BATE-sinə qarşı görüşü azarkeşlərin iştirakı olmadan keçirəcək.

UEFA-nın belə bir qərar verməsinə "Fənərbaxça"lı azarkeşlərin Fransa "Marsel"i ilə səfər matçında məşəl yandırması və həmin matçda onların qalmaqal yaratması səbəb olub.


Son xəbərlər