Bojidar Bandoviç: "İlk matçda daha yaxşı oynamışdıq"

Bojidar Bandoviç: "İlk matçda daha yaxşı oynamışdıq"
XƏBƏR 24 Yanvar 2013 / 19:42 1528
-  A +

"Sürətli və maraqlı oyun alındı. Komanda bir qədər yorğun idi. Oyun ərzində xeyli qol imlanlarımız oldu. Lakin yararlana bilmədik. Bununla belə, "Uypeşt"lə oyunda nəticə bizim üçün vacib deyildi".

Bu sözləri Qol.Az-ın Antalyaya ezam olunmuş müxbirinə açıqlamasında "Bakı" klubunun baş məşqçisi Bojidar Bandoviç Macarıstanın "Uypeşt" klubu ilə oyundan sonra deyib.

B.Bandoviç ilk yoxlama matçı ilə müqayisədə komandasının bu görüşündə daha yaxşı oynadığını bildirib: "İlk oyunla müqayisədə bu dəfə daha yaxşı oynadıq. İkinci hissədə heyəti dəyişdik. Məğlub olmağımıza baxmayaraq, komandanın oyunundan razı qaldım".

Qeyd edək ki, "Bakı" ikinci yoxlama matçında Macarıstanın "Uypeşt" komandasına 0:2 hesabı ilə uduzub.


Son xəbərlər