Cavid İmamverdiyev milliyə dəvət olundu

XƏBƏR 23 Yanvar 2013 / 18:19 2224
-  A +

Azərbaycan milli komandasının yanvarın 29-dan fevralın 6-dək Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində keçiriləcək təlim-məşq toplanışına daha bir futbolçu dəvət olunub. Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, əvvəlcə adı ehtiyat heyətdə qeyd olunmuş Cavid İmamverdiyev ("Neftçi") millinin hazırlıq prosesində iştirak edəcək.

Xatırladaq ki, hazırlıq prosesi çərçivəsində millimiz fevralın 1-də Özbəkistan yığması ilə yoxlama oyunu, fevralın 6-da isə Lixtenşteyn millisi ilə beynəlxalq yoldaşlıq görüşü keçirəcək.


Son xəbərlər