Pep Qvardiola üçün 278,3 milyon avro

Pep Qvardiola üçün 278,3 milyon avro
XƏBƏR 23 Yanvar 2013 / 03:22 3120
-  A +

Almaniyanın “Bavariya” futbol klubunun rəhbərliyi yayda komandaya baş məşqçi təyin olunacaq Xosep Qvardiola üçün 278,3 milyon avro transfer büdcəsi ayırıb.

Qol.Az-ın “El Confidencial”a istinadən verdiyi məlumata görə, bu barədə klub prezidenti Uli Hönessin Səhmdarlar Şurası ilə görüşündə razılıq əldə olunub.
 
Həmin məbləğ yay transfer dövründə heyətin gücləndirilməsinə yönəldiləcək. “Bavariya”nın mümkün transferləri yaxın vaxtlarda Qvardiolanın özü ilə müzakirə olunacaq.
 
Qeyd edək ki, “El Mundo Deportivo” nəşri hazırda İspaniya “Atletiko”sunda çıxış edən Arda Turanın məhz Xosep Qvardiolanın istəyi ilə yayda “Bavariya”ya 17 milyon avroya transfer olunacağını yazıb.

Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner