Türkiyəli hakimlər "Qəbələ"dən üzr istədi

Türkiyəli hakimlər "Qəbələ"dən üzr istədi
XƏBƏR 22 Yanvar 2013 / 18:56 2561
-  A +

"Qəbələ" klubunun baş məşqçisi Ramiz Məmmədov "İnqolşdadt"la oyunun hakimliyinə də toxunub.

Qol.Az-ın məlumatına görə, R.Məmmədov türkiyəli hakimlərin idarəçiliyindən narazı qaldığını bildirib:

"Düzünü desəm, bugünkü hakimlikdən narazı qaldım. Mən Türkiyədə belə hakimlik gözləmirdim. Oyun ərzində hakimlərin xeyli səhvləri oldu. Rəqibin ilk qolu oyundan kənar vəziyyətdən vurulmuşdu. Bununla belə, fasilədə hakimlər bizə yaxınlaşıb, ilk qola görə üzr istədilər".

Qeyd edək ki, "Qəbələ" - "İnqolşdadt" oyunu 3:4 hesabı ilə qonaqların xeyrinə başa çatıb.


Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner