Kristian Torres "Qarabağ"dan ayrı məşq etdi

Kristian Torres "Qarabağ"dan ayrı məşq etdi
XƏBƏR 22 Yanvar 2013 / 15:24 1971
-  A +

"Qarabağ" Antalyada hazırlıqlarını davam etdirir. 

Qol.Az-ın klubun rəsmi saytına istinadən yaydığı xəbərə görə, təlim-məşq toplanışının 13-cü günündə  komanda  sadəcə 1 məşq keçirib.  "Qarabağ" ənənəvi olaraq səhər çalışmasına yerli vaxtla saat 11:00-da yollanıb.
 
"Qarabağ"ın bütün futbolçularının məşqə çıxdığı çalışma 90 dəqiqə davam etdi. Fiziki-taktiki hazırlıq üzərində qurulan məşqdə  Kristian Torres komandadan ayrı çalışdı. Ayağında yüngül ağrı olan argentinalı fizioterapevt nəzarətində müəyyən təmrinlər yerinə yetirdi.  Əvəzində yeni transfer Branimir Subaşiç komandayla hazırlıqlarda iştirak etdi.
Ağdam klubu 2-ci məşqdən azad olunub. Əvəzində sabah  komandanın  hazırlığının ilk günü test götürmüş türkiyəli qrup sabah fərqli  metodla futbolçuları yoxlayacaq.

Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner