"Xəzər Lənkəran"ın rəqibləri müəyyənləşdi

XƏBƏR 21 Yanvar 2013 / 15:44 2593
-  A +

Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın növbəti yoldaşlıq oyunları üzrə rəqibləri müəyyənləşib.

Qol.Az-ın AFFA-nın saytına istinadən yaydığı xəbərə görə, yanvarın 19-da Qazaxıstanın "Jetisu" klubu ilə görüşən komanda yanvarın 22-də Ukraynanın "Krivbass" klubuna qarşı oynayacaq. Yanvarın 26-da "Xəzər Lənkəran" Rumıniyanın "Timişoara", yanvarın 30-da isə Moldovanın "Zimbru" komandaları ilə qarşılaşacaq.

Toplanış çərçivəsində son oyun fevralın 2-də nəzərdə tutulub, ancaq rəqib hələ məlum deyil.


Son xəbərlər
topaz banner