“Neftçi”nin əvəzedicilərdən ibarət komandası ikinci dövrəyə hazırlığın ilk mərhələsini yekunlaşdırıb. Qol.Az-ın məlumatına görə, komandanın məşqçisi Elşad Əhmədov hazırlıqla bağlı klubun rəsmi saytına müsahibə verib.
- Çempionatın ikinci mərhələsinə hazırlıq necə gedir?
- Hazırlıq 2 mərhələdə nəzərdə tutulub. İlk 10 gün ərzində futbolçuların fiziki hazırlığı üzərində işlədik. Səhər məşqlərimiz dəniz kənarında, axşam məşqləri isə futbol meydançasında keçirilirdi. Bu müddət ərzində iki yoxlama oyunumuz da baş tutub. Hazırlıq üçün yaradılmış şərait yüksək səviyyədədir. Buna görə başda klub prezidenti Sadıq Sadıqov olmaqla, bütün komanda rəhbərliyinə təşəkkürümü bildirəm. Əminliklə deyirəm ki, hətta yüksək liqada çıxış edən bəzi klublara təlim-məşq toplanışı keçirmək üçün belə şərait yaradılmır. Təlim-məşq toplanışın ikinci mərhələsi isə yanvar ayının 23-də start götürəcək. Bu mərhələ əsasən taktiki və texniki tapşırıqlara həsr olunacaq.
- Təlim-məşq toplanışına yeni futbolçular dəvət olunubmu?
- Bəli, aşağı yaş qruplarından, əsasən U-16 və U-17 komandalarımızdan perspektivli futbolçuları təlim-məşq toplanışına cəlb etmişik. Ümidləri doğrultduqları təqdirdə, onlarla müqavilə imzalanacaq.
Heyətimizdə böyük ümidlər vəd edən gənc futbolçular var. Ömər Mahmudzadə və Aqşin Qurbanlı kimilərinin adını çəkə bilərəm. Amma onlar da yaşlarının az olmasına baxmayaraq, məsuliyyəti dərk etməli daha çox çalışmalıdırlar.
- Bu il komandanın əsas hədəfi nədir? Çempionluq, yoxsa...
- Təbii ki, ilk dövrədəki bəzi nəticələrimiz klub rəhbərliyini və biz məşqçiləri qane edə bilməz. Əvəzində, Fəhmin Muradbəyli və Məqsəd İsayev kimi gənc futbolçuların əsas heyətin Türkiyədəki təlim-məşq toplanışına cəlb olunması bizi sevindirir. Bundan əlavə, əvəzedici heyətin 7-8 futbolçusu icarə əsasında digər klublara transfer olunub. Bu mövsüm əsasən diqqətimizi aşağı yaş qruplardan əvəzedici heyətə futbolçuların cəlb olunmasına yönəltmişik. Çünki məqsədimiz əsas heyətə layiqli futbolçuların yetişdirilməsidir.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu