Antalyada hazırlıqlarını davam etdirən “Qəbələ”nin 17 yaşa qədər futbolçulardan ibarət komandası qardaş ölkədə ikinci yoxlama oyununu keçirib.
Qol.Az-ın məlumatına görə, Danimarkanın “Oure” Akademiyası ilə qarşılaşan "qırmızı-qaralar" matçı yüksək səviyyədə keçirib və 2:1 hesabilə qalib gəlib.
Matç 20 Yanvar Şəhidlərinin xatirəsinin 1 dəqiqəlik sükutla yad edilməsi ilə start götürüb. “Qəbələ” oyuna qara sarğı ilə çıxıb. Qarşılaşma təmsilçimizin sürətli hücumları ilə başlayıb. İlk hissə ərzində "qırmızı-qaralar" bir neçə fərqlənmək imkanı əldə etsələr də, hesab açılmayıb.
İkinci hissə də eyni ssenari üzrə davam edib. Lakin hücuma aludə olan “Qəbələ” gözlənilmədən qapısında qol görüb. Hesabda geri düşməsinə baxmayaraq, hücumlarını səngitməyən Azər Bağırovun yetirmələri tezliklə status-kvonu bərpa ediblər. Ehtiram Şahverdiyev fərqlənib. “Qəbələ” qoldan sonra təzyiqi biraz da artırıb. Ardıcıl hücumlar matçın sonuna 20 dəqiqə qalmış öz nəticəsini verib və təmsilçimiz hesabda irəli çıxıb. Komandamıza qələbə qazandıran qol Qismət Əliyevin aktivinə yazılıb.
U-17 Antalyadakı son yoxlama oyununu 22 yanvarda keçirəcək. Bu görüşdə “Qəbələ” “Oure” Akademiyasının B komandası ilə münasibətlərinə aydınlıq gətirəcək. Yanvarın 23-də isə U-17 Antalya toplanışını tamamlayaraq vətənə dönəcək.
Qeyd edək ki, “Oure”nin futbol akademiyası Danimarkanın ən böyük akademiyalarından biridir. “Oure” Antalyaya yeddi müxtəlif yaş qrupu ilə beş oğlan və iki qız komandası göndərib.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır
“Fiorentina” sonuncu pillədən qurtuldu