"Xəzər Lənkəran" müqavilə bağladığı qapıçı ilə yolları ayırdı

"Xəzər Lənkəran" müqavilə bağladığı qapıçı ilə yolları ayırdı
XƏBƏR 20 Yanvar 2013 / 20:04 4633
-  A +

“Xəzər Lənkəran” klubu üç gün öncə müqavilə bağladığı xorvatiyalı qapıçı İvan Çoviçlə yollarını ayırıb.

Qol.Az-ın məlumatına görə, buna Çoviçin dünən Qazaxıstanın “Jetısu” klubu ilə oyunda yol verdiyi kobud səhv səbəb olub.

Cənub klubunun baş məşqçisi xorvatiyalı qolkiperlə müqaviləyə xitam verməyi qərara alıb.

Xatırladaq ki, “Xəzər Lənkəran” Çoviçlə iki illik müqavilə imzalamışdı.


Son xəbərlər