Qırmızı vərəqə aldı, qolunu kəsdi (FOTO)

Qırmızı vərəqə aldı, qolunu kəsdi (FOTO)
XƏBƏR 20 Yanvar 2013 / 14:11 3151
-  A +

Hollandiya çempionatının sonuncu turu çərçivəsində keçirilən PSV - "Zvolle" matçında maraqlı epizod yaşanıb.

Qol.Az-ın məlumatına görə, oyun 9 aylıq fasilədən sonra yenidən yaşıl meydanlara qayıdan PSV-nin müdafiəçisi Erik Pieters və komandası üçün uğursuz olub.

Görüşdə qırmızı vərəqə alan Pieters sinirlərinə hakim ola bilməyib və paltardəyişmə otağına gedərkən tuneldəki divarları yumruqlayıb. Daha sonra şüşəyə yumruq atan Hollandiya millisinin üzvü qolunu kəsib.

Qeyd edək ki, PSV - "Zvolle" oyunu 1:3 hesabı ilə qonaqların xeyrinə başa çatıb.


Son xəbərlər