"Xəzər Lənkəran"ın rəqibləri müəyyənləşdi

"Xəzər Lənkəran"ın rəqibləri müəyyənləşdi
XƏBƏR 20 Yanvar 2013 / 12:05 2939
-  A +

Antalyada təlim-məşq toplanışında olan "Xəzər Lənkəran"ın növbəti yoldaşlıq oyunları üzrə rəqibləri müəyyənləşib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, yanvarın 19-da Qazaxıstanın "Jetisu" klubu ilə görüşən komanda yanvarın 22-də Ukraynanın "Krivbass" klubuna qarşı oynayacaq. Yanvarın 26-da "Xəzər Lənkəran" Rumıniyanın "Timişoara", yanvarın 30-da isə Moldovanın "Zimbru" komandaları ilə qarşılaşacaq.

Qeyd edək ki, toplanış çərçivəsində son oyun fevralın 2-də nəzərdə tutulub, ancaq rəqib hələ məlum deyil.

Son xəbərlər
24.03.26  21:14

Hakimi "Real"a keçir?

24.03.26  16:55

Depay 1 ay oynamayacaq

topaz banner