“Qəbələ” sabah qış fasiləsindəki hazırlığın 2-ci mərhələsinə qədəm qoyacaq.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi xəbərə görə, ilkin mərhələni Mingəçevirdə keçirən komanda bunun üçün qonşu Türkiyəyə yollanacaq.
Fevralın 2-dək Antalyada hazırlıq keçəcək Ramiz Məmmədovun komandası üçün bu məkan kifayət qədər tanışdır.
Belə ki, klub tarixində 8-ci dəfə Antalyada toplanış keçəcək. İlk belə səfəri 2006-cı ilin yayına təsadüf edən komanda güclülər dəstəsində debütünə qonşu ölkədə hazırlaşmışdı. Növbəti belə toplanışı 2 il gözləmək lazım gəldi. 2008-ci ilin yayında da Türkiyədə toplanış keçən “Qəbələ” istisnalar olmaqla hər fasilədə Türkiyəyə yollanıb.
İstisnalar isə yayda - mövsümlərarası fasilələrdə olub. 2009/10 mövsümü ərəfəsində də Antalyada hazırlıq keçən komandanın qış fasilələrində dəyişməz ünvanı məhz bu məkandır. 2009-cu ilin yanvarından başlayaraq hər ilin əvvəli “Qəbələ” bu bölgəyə yollanır. Ardıcıl 5-ci dəfə Antalyada keçiriləcək qış hazırlıqlarına kimi komanda 4 dəfə yanvar, 3 dəfə iyulda Türkiyəyə üz tutub. Daha 2 toplanışın İngiltərə və Sloveniyada gerçəkləşdiyini nəzərə alsaq indiki səfər “Qəbələ”nin ölkə xaricində 10-cu hazırlıq prosesidir.
“Qəbələ” indiyədək Antalyada 30 oyun keçirib. Bunların 28-i beynəlxalq oyun, 2-si isə “Neftçi” ilə qonşu ölkədəki matçlar olub. Əcnəbilərlə matçlarda 13 qələbə və 5 heç-heçəsi olan komanda 10 dəfə uduzub. Top fərqində isə 41:31-lik üstünlük var. “Neftçi” ilə matçlar isə qələbəsiz bitib - 1:1 və 0:2.
Türkiyədən başqa Sloveniya və İngiltərədə də toplanışda olan “Qəbələ” ölkə xaricindəki hazırlıqlarda 40 matç keçirib. Bu matçlardan 2-nin “Neftçi” ilə olduğunu, əvəzində Qəbələdə 2 beynəlxalq görüşün keçirildiyini nəzərə alsaq xarici klublarla oyunların da sayı 40-a bərabərdir.
Xatırladaq ki, "Qəbələ" səfər müddətində yanvarın 22-i, 25-i, 28-i və fevralın 1-də olmaqla 4 yoxlama oyununda qüvvəsini sınayacaq.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır