“Bu gün oyunumuz pis alınmadı. Baxmayaraq ki, son on gündə futbolçular çox yüklənmişdilər. Hətta bu gün səhər məşq də etmişdik. Müəyyən çatışmazlıqlar oldu ki, bu da normal haldır. Ən başlıcası oyunumuz alındı. Futbolçular fəal idilər”.
Qol.Az-ın Antalyaya ezam olunmuş xüsusi müxbirinin verdiyi məlumata görə, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov bu gün Rusiya “Ural”ına qarşı keçirilən (3:2) yoxlama oyunu haqda danışarkən bildirib.
Qurban Qurbanov baxışda olan ispaniyalı hücumçu Manuel Rodriges haqda danışarkən deyib ki, onun hələ növbəti yoxlama matçlarında da sınamaq lazımdır: “Hiss olunur ki, İspaniya futbol məktəbini keçib. Amma transfer məsələsində diqqətli və ciddi olmalıyıq. Bir oyunla futbolçu haqda qərar vermək olmaz. Ola bilər, Rodriges toplanışın axırına qədər bizimlə qalsın”.
Q.Qurbanov bundan sonra komandaya baxışa futbolçu gələcəyini istisna etməyib: “Amma baxışa çox futbolçu da dəvət etmək istəmirik”.
“Qarabağ”ın yeni transferi Kristian Torresi “Ural”la matçda oynatmamasını Q.Qurbanov bu futbolçunun yüngül zədəsinin olması ilə əlaqələndirib.
“Ural”la görüşdə qol vuran Elvin Musazadə və Toğrul Bilallının oyunları barədə də fikirlərini açıqlayan Q.Qurbanov bildirib: “Əsas odur ki, onlar ilk oyunda komandaya uyğunlaşa bildilər. Amma qol vurduqları üçün əsas heyətin üzvlərinə çevrilmələri barədə danışmaq hələ tezdir. Qol vurmaq bizi aldatmamalıdır”.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video
VAR 26 turda 113 qərar dəyişdirib
Millinin rəhbərliyi Emreli ilə nələrdən danışdı? - Şəkil
Fransa İnfantinoya qarşı namizəd hazırlayır