"Traktor Sazi"dən növbəti qələbə

"Traktor Sazi"dən növbəti qələbə
XƏBƏR 19 Yanvar 2013 / 01:55 1715
-  A +

Təbrizin "Traktor Sazi" klubu ötən gün İran çempionatında növbəti matçına çıxıb.

Qol.Az-ın məlumatına görə, Təbriz təmsilçisi XXII tur çərçivəsində səfərdə "Sanat Naft Abadan" klubu ilə qarşılaşıb.

Oyun "Traktor Sazi"nin minimal hesablı qələbəsi ilə başa çatıb. Fasiləyə 0:0 hesabı ilə qolsuz yollanan Təbriz klubu ikinci hissənin əvvəlində qələbə topunu vurmağa müvəffəq olub - 1:0.

Qeyd edək ki, "Traktor Sazi" 22 turdan sonra 41 xalla turnir cədvəlinin liderliyini qoruyub.


Son xəbərlər