Filip Lam: "Qvardiola son 4 ilin ən yaxşısıdır"

Filip Lam: "Qvardiola son 4 ilin ən yaxşısıdır"
XƏBƏR 18 Yanvar 2013 / 15:53 2471
-  A +

Almaniyanın “Bavariya” klubunun müdafiəçisi Filip Lam komandaya yeni baş məşqçi təyin olunmuş Pep Qvardiola haqda danışıb.

Qol.Az-ın məlumatına görə, klubun rəsmi saytına açıqlama verən futbolçu Qvardiolanı son 4 ilin ən yaxşı baş məşqçisi adlandırıb:

“Qvardiola son 4 ilin ən yaxşı baş məşqçisi idi. Onun “Bavariya”ya gəlməsi komandamızda müsbət ab-hava yaradıb. Bu transfer böyük bir müvəffəqiyyətdir.

Yupp Haynkesə hörmətsizlik etmək istəmirəm, uğurlarımızda onun payı böyükdür. Ancaq Qvardiola kimi bir baş məşqçi ilə anlaşmaq böyük uğurdur. Komandamızın gücünün və imicinin nə qədər yaxşı vəziyyətdə olması bu imza ilə bir daha sübut olundu".

 


Son xəbərlər