Mahmud Qurbanov təlim-məşq toplanışından danışdı

Mahmud Qurbanov təlim-məşq toplanışından danışdı
XƏBƏR 18 Yanvar 2013 / 14:28 1554
-  A +

"Dalğa Arena"da təlim-məşq toplanışını sürdürən "Kəpəz"in baş məşqçisi Mahmud Qurbanov klubun rəsmi saytına açıqlama verib.

Qol.Az-ın məlumatına görə, komandanın hazırlığı barədə danışan M.Qurbanov məşqlərin nəzərdə tutulduğu kimi getdiyini deyib:
 
"Hazırlığımız öz axarı ilə davam edir. Hər şey normal gedir. Öncədən hazırladığımız proqram əsasında çalışırıq. Futbolçular məşqlərdə istəklə çalışırlar. Verilən tapşırıqları qaydasında yerinə yetirirlər. İşimiz çoxdur. Artıq gündə iki dəfə məşq etməyə başlamışıq.

Bu isə yükləməni demək olar ki, artırıb. Uşaqlar yaxşı hazırlaşmalıdırlar ki, çatışmazlıqları aradan qaldıra bilsinlər. Düşərgəyə yeni dəvət etdiyimiz oyunçular var. Onlar baxışdadırlar. Hələlik onlara baxıb, göz qoyuruq. Özlərini yaxşı tərəfdən göstərənlər komandaya düşə biləcəklər".

Son xəbərlər