21 yaşadək futbolçularımız da Türkiyəyə məğlub oldu

XƏBƏR 4 İyun 2009 / 00:55 2085
-  A +

Bu gün İstanbuldakı «Rəcəb Tayyib Ərdoğan» stadionunda 21 yaşadək futbolçulardan ibarət Türkiyə və Azərbaycan milli komandaları arasında yoldaşlıq oyunu keçirilib. Qol.Az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə Bakı vaxtı ilə saat 22:00-da başlayan qarşılaşma 2:0 hesabı ilə Türkiyə millisinin xeyrinə başa çatıb. Millimiz matça bu heyətlə çıxıb: Osman Umarov, Maksim Medvedyev, Tural Nərimanov, Pərvin Paşayev, Emin Cəfərquliyev, Cavid İmamverdiyev, Rauf Əliyev, Şəhriyar Rəhimov, Bəxtiyar Soltanov, Nodar Məmmədov (k), Elvin Məmmədov.


Son xəbərlər