Yanvarın 10-dan təlim-məşq toplanışına start verən "Rəvan” klubunda çempionatın qalan bölümünə hazırlıq yüksək sürətlə davam edir.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, Premyer Liqada ilk "altılıq" şanslarını saxlayan komanda yanvarın 16-dan məşqləri intensivləşdirib.
Belə ki, komanda artıq gündə iki məşq keçir. Səhər çalışmaları fiziki, axşam məşqləri isə texniki-taktiki yöndə aparılır. Zədəlilərlə bağlı heç bir problem olmadığından məşqdə hamı iştirak edir. "Bayıl” stadionunda keçirilən hazırlıqlarda yeni transferlər - Emin Mustafayev, Ramil Həşimzadə və Nodar Məmmədov xüsusi fəallıq göstərib.
Ümumiyyətlə, Premyer Liqanın təsnifat mərhələsinin son 4 matçına ciddi hazırlaşan komandada əhval-ruhiyyə çox yüksəkdir. Baş məşqçi Ramil Əliyevin tapşırıqlarını can-başla yerinə yetirən futbolçular hazırlıq matçlarının olduğu günlərdən başqa, hər gün 2 dəfə "Bayıl Arena”da məşq edəcək.
Xatırladaq ki, "Rəvan" fevralın 9-da "Turan”la keçiriləcək Premyer Liqa oyununa qədər ən azı 3 yoxlama görüşündə qüvvəsini sınayacaq.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video
Caka "Çelsi"yə niyə "yox" deyib?
Milli karyerasını başa vurdu
Mahirin paltardəyişmə otağında çılğın qələbə sevinci - Video