Devid Bekhem yenidən "Milan"a qayıdır?

Devid Bekhem yenidən "Milan"a qayıdır?
XƏBƏR 17 Yanvar 2013 / 10:28 1768
-  A +

"Los Angeles Qalaksi" ilə yollarını ayıran Devid Bekhem daha bir komandadan təklif alıb.

Qol.Az-ın məlumatına görə, ingilis futbolçunun yenidən "Milan"a qayıdacağı iddia olunur.

Milan təmsilçisi 37 yaşlı futbolçunu yenidən heyətində görmək istəyir. Lakin daha öncə öz ölkəsində oynamaq istədiyini dilə gətirən Bekhemin bu təklifi necə qarşılayacağı böyük maraq doğurur.

Qeyd edək ki, Bekhem 2009-2010-cu illərdə "Milan"da icarə əsasında çıxış edib.


Son xəbərlər