Çempionlar Liqası: "Azərreyl" və "Rabitə" qələbə qazandı

Çempionlar Liqası: "Azərreyl" və "Rabitə" qələbə qazandı
XƏBƏR 17 Yanvar 2013 / 09:33 1688
-  A +

Voleybolçu qadınlar arasında Çempionlar Liqasında 1/6 final mərhələsinə start verilib.

Qol.Az-ın məlumatına görə, Azərbaycan derbisində “Azərreyl” və “Lokomotiv” klubları üz-üzə gəlib.

Azərbaycan Voleybol Federasiyasının İdman Zalında baş tutan qarşılaşma “Azərreyl”in qələbəsi ilə tamamlayıb – 3:0. “Lokomotiv” hər üç setdə sonadək müqavimət göstərsə də, məğlubiyyətdən qaça bilməyib - 20:25, 21:25, 22:25. Cavab görüşü yanvarın 23-də elə eyni məkanda olacaq.
 
Ölkəmizin daha bir təmsilçisi “Rabitə” isə səfərdə Fransa “Kann”ının qonağı olub. Görüş 3:1 hesabı ilə "Rabitə"nin xeyrinə başa çatıb.

Son xəbərlər