Kamran Ağayev və Rauf Əliyev “Bakı”nın düşərgəsinə qoşuldu

XƏBƏR 16 Yanvar 2013 / 19:17 4641
-  A +

Müqavilə ilə “Xəzər Lənkəran”a məxsus olan Kamran Ağayev və “Qarabağ”ın futbolçusu Rauf Əliyev bu gün Antalyada hazırlıq prosesində olan “Bakı”nın düşərgəsinə qoşulublar.

Bu gün düşərgəyə gələn K.Ağayev və R.Əliyev komanda ilə nahar edib. Axşam isə onların məşqə çıxacağı gözlənilir.

Qeyd edək ki, adları çəkilən futbolçular hələlik “Bakı” ilə rəsmi müqaviləyə imza atmayıblar.

Mənbə: sportinfo.az


Son xəbərlər