İspaniyalı futbolçu "Xəzər Lənkəran"da

İspaniyalı futbolçu "Xəzər Lənkəran"da
XƏBƏR 16 Yanvar 2013 / 16:11 4146
-  A +

“Xəzər Lənkəran” klubunun Antalyadakı düşərgəsinə yeni oyunçu gəlib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, baxışa gələn 28 yaşlı ispaniyalı Alvaro Silva Linares bu gün komandanın səhər məşqinə də qatılıb.
 
Alvaro Silva Linares mərkəz müdafiəçisi mövqeyində oynayır. O, 2006-2009-cu illərdə İspaniyanın "Malaqa", daha sonra icarə əsasında "Xerez" klubunda, 2009-2011-ci illərdə İspaniyanın "Cadiz" klubunda və 2011-2012-ci illərdə Rumıniyanın "Petrolul Ploesti" klubunda oynayıb. Alvaro Silva Linaresin son çıxış etdiyi klub İspaniyanın "Xerez" klubu olub.

Son xəbərlər