“Türkiyə ilə oyun haqqında onu deyə bilərəm ki, yoldaşlıq görüşü idi. Amma bu oyun 2-3 gün əvvəl olsa idi, daha yaxşı olardı. Çünki beynəlxalq oyunlar öncəsi komandanın dincəlməsi üçün minimum 1 həftə vaxt lazımdır. İndi isə bizim futbolçuların bu imkanı yoxdur. Dünən oynayıblar, bu gün vətənə qayıdıblar, 2 gündən sonra isə Uelslə oyuna çıxacaqlar. Qorxuram ki, yol yorğunluğu öz təsirini göstərə. Oyuna gəlincə, bəzi anlaşılmazlıqlar oldu. Məsələn, Axtyamovun niyə oynaması şəxsən mənim üçün qaranlıq qaldı. Eləcə də, digər legionerlərin. Özümü demirəm, amma Azərbaycanda yetərincə yerli futbolçular var ki, həmin Axtyamovdan da güclü oynayarlar, Pereyradan da, Çertoqanovdan da. Millimizin ən əsas problemi isə, hücum xəttindəki dişsizliyimizdir. Bu, bizim futbolun xəstəliyi olaraq qalmaqdadır”. Bu sözləri Qol.Az-a Türkiyə-Azərbaycan matçını dəyərləndirən milli komandamızın sabiq, “Qarabağ”ın isə hazırkı kapitanı Aslan Kərimov deyib. O, “Qarabağ”ın millidə forma geyinən futbolçularının çıxışına da toxunub: “Fərhad üzərinə düşən işin öhdəsindən məharətlə gəldi. Buraxılan qollarda zərrə qədər də onu günahlandırmazdım. Əksinə, Fərhad onbirmetrlik cərimə zərbəsini dəf etməklə komandamızı real qoldan xilas etdi. Vaqifə gəlincə, onun tam olaraq öz oyununu göstərməsi üçün şərait olmadı. Gərək hücumçunu topla təmin edən güclü yarımmüdafiə xətti olsun. Bu olmayınca, fərdi ustalıq hesabına nə isə etmək mümkün deyil. Çünki bizim nə Messimiz var, nə də Ronaldomuz ki, təkbaşına 3-4 nəfəri keçib qol vursun”.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu