"Qarabağ" Antalyada məşqlərini davam etdirir

"Qarabağ" Antalyada məşqlərini davam etdirir
XƏBƏR 16 Yanvar 2013 / 11:15 1253
-  A +

"Qarabağ" klubu Antalyada hazırlıqlarını davam etdirir.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, təlim-məşq toplanışının növbəti günündə proqramda 1 məşq var idi.

Antalyada günəşli hava şəraitində "Qarabağ" məşqə ənənəvi olaraq saat 11:00-da çıxıb. "Qarabağ" yeganə məşqi təmamilə toplu çalışmalara həsr olunub. Yüksək tempdə davam edən çalışmada futbolçuların əla əhval-ruhiyyəsi olması diqqətləri cəlb edib.

90 dəqiqəlik çalışmada heç də bütün futbolçular iştirak etməyib. Ayağında müəyyən ağrılar hiss edən Qara Qarayev  məşqçi nəzarətində yüngül çalışma ilə kifayətlənib. Yeni transfer Kristian Torres və Braziliyadan gec dönən Riçard Almeyda isə kollektivlə çalışmalarda tam olaraq iştirak etməyiblər.
 
Qeyd edək ki, "Qarabağ"ın sabaha iki məşqi nəzərdə tutulub.


Son xəbərlər