Soçi olimpiadasının məşəlləri təqdim olundu

Soçi olimpiadasının məşəlləri təqdim olundu
XƏBƏR 16 Yanvar 2013 / 00:35 1193
-  A +

2014-cü ildə Rusiyanın Soçi şəhərində keçiriləcək Qış Olimpiya və Paralimpiya Oyunlarının məşəli təqdim olunub.

Moskva Univermağında baş tutan mərasimdə məşəllər forma və ölçü baxımından bir-birinə bənzəyiblər.
 
Lakin olimpiadanın məşəli qırmızı rəngli qammada, paralimpiadanınkı isə səma mavi rəngdə olub. Məşəlləri Vladimir Pirojkov və Andrey Vodyanikin rəhbərliyi altında rusiyalı mühəndis-dizaynerlər hazırlayıblar. Onları “Soçi-2014”ün səfirləri Tatyana Navka, Natalya Vodyanova, İlya Averbuk və Olesya Vladıvkina təqdim ediblər. Təşkilat komitəsinin sədri Dmitri Çernışenkonun sözlərinə görə, məşəllərin təsvirində ənənəvi xalq nağılı personajı olan səməndər quşunun lələyini görmək olar. Yanvarın 15-də başlanacaq estafet yürüşünə 14 min insan qatılacaq.
 
Qeyd edək ki, Soçi Qış Olimpiya Oyunları 2014-cü ilin 7 – 23 fevralında, Paralimpiya Oyunları isə 7 – 16 martda keçiriləcək (Lent.az).

Son xəbərlər