Bu gün "Bakı" klubu Antalyada ilk məşqinə çıxıb.
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, əməliyyatdan sonra bərpa mərhələsi keçən kosta-rikalı hücumçu Uinston Parks xaricində bütün futbolçular məşqə qatılıblar.
Komandanın baş məşqçisi Bojidar Bandoviçin hazırlıq planına əsasən, gündə 2 dəfə məşq edəcək komandada əhval-ruhiyyə yüksəkdir. Səhər yeməyindən sonra yerli vaxtla saat 10:30-da meydana çıxan futbolçular qızınma hərəkətlərinin ardından fiziki təmrinlər üzərində çalışıblar.
Məşqin ikinci hissəsi toplu hərəkətlər üzərində qurulub. İki qrup halında çalışan futbolçular dəyişik hərəkətləri yerinə yetirərək, məşğələləri qapıya zərbələr endirməklə başa çatdırıblar.
90 dəqiqəlik məşqə düşərgəyə dəvət alan ruminiyalı futbolçu da qatılıb. Mərkəz müdafiəçisi ampluasında çıxış edən Klaudio Vikunun son klubu Moldovanın "Daçia" klubu olub. Rumın futbolçu bir neçə gün baxışda olacaq.
Qeyd edək ki, komandanın axşam məşqi saat 18.00 (yerli vaxtla) təyin olunub.
Futbolda yeni cəza: "Qara kart" göstəriləcək
“İnkişaf edirik və daha yaxşı oynayacağıq” - Filipe Kandido
“Səfərdə oynamaq daha çətindir” - Azər Bağırov
Ozan Canın komandası heç-heçə etdi
Baş məşqçi futbolçularını niyə çətin vəziyyətə salır?
"Sumqayıt" - "Şamaxı" matçında heç-heçə, "Kəpəz"dən qələbə
Nuriyevin komandası 9 qollu qələbə qazandı
"Kəpəz" "Qəbələ"ni belə məğlub etdi - Video
Meydanda qəfil yerə yıxıldı, xərəkdə aparıldı
“Mançester Yunayted”dən azarkeşlərə qarşı sərt addım
"Sumqayıt" - "Şamaxı": Heyətlər
İnfantino qərarından dönmədi
Həm ilk qollarını vurdu, həm də Messinin rekordunu yenilədi
"Bir-birimizi tamamlayırıq"
Millinin heyətinə kimlər çağrıldı?
"Kəpəz" - "Qəbələ": Heyətlər
La Liqanın ən yaxşısı seçildi
İnfantino FIFA prezidentliyinə yenidən namizəd olacaq
“Sabah”ın rəqibi futbolçusunu icarəyə verdi
Çempionlar Liqasında həftənin rəmzi komandası
"Arsenal" gürcüstanlı futbolçu transfer etdi
Mbappe Messi və Ronaldodan danışdı
“Hall Siti”nin futbolçusu qəzaya düşdü, avtomobili aşdı
Atası nigeriyalı, anası azərbaycanlı olan futbolçu - Video