"Rəvan" dörd yoldaşlıq oyunu keçirəcək

"Rəvan" dörd yoldaşlıq oyunu keçirəcək
XƏBƏR 15 Yanvar 2013 / 16:12 1455
-  A +

Azərbaycan Premyer Liqasında ilk "altılıq" şanslarını saxlayan "Rəvan” klubu önümüzdəki günlərdə çempionatın yerdə qalan bölümünə daha yaxşı hazırlaşmaq məqsədilə bir sıra yoxlama oyunları keçirəcək.
 
Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komanda fevralın 9-da "Turan”la keçiriləcək oyuna qədər 4 görüşdə qüvvəsini sınayacaq.

Belə ki, yanvarın 19-da əvəzedicilərdən ibarət komandayla qarşılaşacaq "Rəvan” ayın 24-də I divizion təmsilçisi "Qaradağ Lökbatan”la üz-üzə gələcək. Yanvarın 26-da isə komanda Premyer Liqa təmsilçisi "Sumqayıt”la görüşəcək. Nəhayət, "Rəvan" fevralın 1-də son yoxlama oyununu keçirəcək. Lakin son rəqibin adına hələlik aydınlıq gəlməyib.

Son xəbərlər