"Kəpəz"in baş məşqçisi istefaya göndərildi

"Kəpəz"in baş məşqçisi istefaya göndərildi
XƏBƏR 15 Yanvar 2013 / 14:30 2880
-  A +

"Kəpəz"in əvəzedicilərdən ibarət komandasında baş məşqçi dəyişikliyi rəsmiləşib.

Qol.Az-ın klubun rəsmi saytına istinadən verdiyi məlumata görə, komandanı bundan sonra Mehman Hacıyev hazırlayacaq.

Gənc məşqçi bu postda Xaliq Mərdanovu əvəzləyib.
 
Qeyd edək ki, Hacıyev buna kimi əsas komandada çalışırdı. Onu da nəzərinizə çatdıraq ki, M.Hacıyev klubun əvəzedicilərindən ibarət komandası yaradılan ilk gündən məhz heyətin başında olub. Ötən yay isə o, əsas komandaya dəvət almışdı. Məşqçinin qarşısında duran əsas məsələ "Kəpəz" üçün layiqli ehtiyat qüvvə yetişdirmək, bacarıqlı və istedadlı futbolçuları tapıb üzə çıxarmaqdı.

Son xəbərlər