“Türkiyə ilə oyunu iki hissəyə bölərdim. Rəşad meydandan qovulana qədər komandamız pis təsir bağışlamadı. Sonra isə hər şey rəqibin xeyrinə dəyişdi. İstənilən halda, Uelslə oyun öncəsi Türkiyə ilə matçın nəticəsi təhlil olunmalıdır. Təbii ki, həm heyətdə, həm də oyun planında dəyişikliklər edilməlidir. Çünki yoldaşlıq görüşlərində futbolçuları, taktiki sxemləri sınaqdan çıxarmaq üçün imkan yaranır. Uelslə qarşılaşmada isə, belə bir imkan olmayacaq”. Bu sözləri Qol.Az-a Azərbaycan milli komandasının sabiq baş məşqçisi Vaqif Sadıqov deyib. Sadıqov milli komandada legionerlərin üstünlük təşkil etməsinə də münasibət bildirib: “Bu, Avropada da gedən bir prosesdir. Qeyri-millətdən olan futbolçuları milliləşdirirlər. Amma bir şərtlə ki, o, yerli futbolçudan üstün olsun. Milliləşdirilmiş futbolçu gəlib öz səviyyəsi ilə həmin komandaya fayda verməlidir, onun hesabına özünü tanıtmamalıdır. Mənə elə gəlir ki, Azərbaycanda bu, müvəqqəti xarakter daşıyır. Bilirsiniz, birdən-birə hər şeyi sındırıb işə sıfırdan da başlamaq olmaz”.
300-cü qələbə
200-ə çatdı
2-ci liqada 2 oyun
“Bavariya” onu göndərmək niyyətində deyil
Toralın klubu məğlub oldu
Bundesliqada 5-ci tura yekun vuruldu
“Ustalıq səviyyəmiz hələ kifayət etmir” - Zaur Həşimov
"Turan Tovuz" "Şəfa"nı belə məğlub etdi - Video
“Bu sualı niyə mənə verirsiniz?” - Kurban Berdiyev
"Qarabağ" və "Turan Tovuz"dan qələbə
2-ci liqada 6 oyunun hakimləri bilindi
“Hall Siti” 4 qollu matçda qalib gələ bilmədi
"Qarabağ"ın qələbəsindən - Video
“Bizim üçün çox vacib qələbə oldu” - Qurban Qurbanov
“Bu epizod, şübhəsiz ki, oyunu korladı”
“Mançester Siti”yə qarşı istehzalı banner
"Şəfa" - "Turan Tovuz": Heyətlər açıqlandı
Baş hakim zədələndi, oyunu tərk etdi
Azərbaycan boksçusu Avropa çempionu oldu